Xəzər Xəbər

Danimarka Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir - Səfir

Gündəm | 13:40 • 26 Mart 2017
Danimarka Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir -

"Danimarka Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”.


Xezerxeber.az-ın məlumatına görə, bunu bu gün etimadnaməsini Azərbaycan prezidenti İlham Əliyevə təqdim edən Danimarkanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Svend Ollinq bildirib.

Prezident İlham Əliyev Azərbaycan ilə Danimarka arasında ikitərəfli əlaqələri müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişaf etdirməyin zəruri olduğunu söyləyib. Hazırda ölkələrimiz arasında iqtisadi, o cümlədən ticarət sahəsində əməkdaşlığın aşağı səviyyədə olduğunu deyən dövlət başçısı bildirib ki, daha çox biznes əlaqələrinə malik olmaq vacibdir.

Danimarka şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyətinə toxunan S. Ollinq ölkəsini təmsil edən şirkətin Azərbaycanın neft sektoruna sərmayə qoyduğunu, "Carlsberg” şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyini. Səfir hazırda ölkəmizin qida sənayesinə investorları cəlb etdiklərini bildirib. O, Danimarka şirkətlərinin ölkəmizə müasir texnologiya gətirəcəklərini və azərbaycanlı tərəfdaşları ilə birgə İsmayıllı rayonunda hind quşu fabrikini açmağı planlaşdırdıqlarını nəzərə çatdırıb. Ölkələrimiz arasında ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı müqavilənin imzalanacağını da bildirən danimarkalı diplomat iki ölkə arasında əlaqələrin genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini vurğulayıb.

Dövlət başçısı Danimarka şirkətlərinin ölkəmizin regionlarında qeyri-neft sektoruna sərmayə yatırmalarını Azərbaycanın iqtisadi siyasətinə uyğun olduğunu və bunun regionların inkişaf etdirilməsi, yerli istehsalın genişləndirilməsi, idxaldan asılılığın

Xəbər lenti