Xəzər Xəbər

Törətmədiyi qayda pozuntusuna görə ikinci dəfə cərimələnib - Sürücü şikayətçidir - VİDEO

Veb TV | 19:56 • 25 Mart 2017
Törətmədiyi qayda pozuntusuna görə ikinci dəfə cərimələnib -

Törətmədiyi qayda pozuntusuna görə sürücünün ünvanına protokol göndərilib. Üstəlik, protokolda göstərilən avtomobil ona məxsus deyil.

Xezerxeber.az məlumat verir ki, Ucar sakini Telman Cəfərov ona qanunsuz 20 manat miqdarında cərimə yazıldığı üçün şikayətçidir. Dediyinə görə, bir neçə həftə əvvəl Ucar rayonu Boyat kəndində olan ünvanına dayanma- durma qaydasının pozumlası ilə bağlı inzibati protokol göndərilib.

Telman Cəfərov protokolda göstərilən avtomobilin ona məxsus olmadığını deyir.

Protokolda Telman Cəfərovun adı yazılıb. Qayda pozuntusunun isə Qazax şəhəri Heydər Əliyev prospektində törədildiyi əksini tapıb. Lakin o, həmin vaxtda Qazaxda olmadığını bildirir.

Telman Cəfərovun iddia edir ki, belə hadisə ilk dəfə yaşanmır. 2 ay əvvəl də onun ünvanına törətmədiyi qayda pozuntusuna görə yanlış protokol gəlib. Hətta o, cəriməni ödəmədiyi üçün üzərinə faiz gəlib.

İndi onu bir məsələ düşündürür, törətmədiyi qayda pozuntusuna görə cərimə silinəcəkmi?

Hüquqşunaslar belə vəziyyətdə problemin araşdırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə ərizə ilə müraciət edilməsini tövsiyə edirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti