Kaliforniyada yanğın qurbanlarının sayı 80 nəfərə çatıb

19.11.2018 11:32

Kaliforniyada tüğyan edən "Kemp” meşə yanğınları nəticəsində həlak olanların sayı 80 nəfərə çatıb.

Xezerxeber.az xəbər verir ki, cəsədlərdən 63-nün şəxsiyyəti artıq müəyyən edilib. Onların əksəriyyəti Byutt dairəsindəndir. Bundan başqa, 1202 nəfər itkin düşmüş sayılır.

Qeyd edək ki, noyabrın 8-də Kaliforniyanın şimalında başlayan "Kemp” ən dağıdıcı yanğın kimi ştat tarixinə düşüb. Sahəsi 500 kvadratkilometr təşkil edən edən təbiət yanğınları 12 min tikilini, o cümlədən 1000-dən çox evi külə döndərib. Ştatın cənubunda "Woolsey” və "Hill” adlı daha iki yanğın qeydə alınıb.

ABŞ Prezidenti Donald Tramp ştatda böyük təbii fəlakət rejimi elan edib. Meşə yanğınlarından zərər çəkən ərazilərdən 300 mindən çox insan təxliyə olunub.

© xezerxeber.az


123 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR