Türkiyə ordusu 68 terrorçunu zərərsizləşdirdi

18.11.2018 23:10

Türkiyə Hərbi Qüvvələri həftə ərzində 68 terrorçunu zərərsizləşdirib.

Xezerxeber.az Türkiyə KİV-lərinə istinadən xəbər verirki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

PKK, PYD, YPG və İŞİD-ə qarşı antiterror əməliyyatları Diyarbəkir, Hakkari, Tunceli, Şırnak, Mardin vilayətlərində, həmçinin İraqın şimalında keçirilib. Əməliyyatların gedişatında Türkiyə ordusunun 2 hərbi qulluqçusu həlak olub, daha 3 hərbçi yaralanıb.

Terrorçulardan xeyli miqdarda silah-sursat götürülüb, habelə silahlıların 31 atəş nöqtəsi, sığınacağı və silah anbarı məhv edilib.

Məlumatda həmçinin bildirilir ki, Suriyanın Afrin bölgəsində başlanan "Zeytun budağı" əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı 4585 nəfərə çatıb.

© xezerxeber.az


115 dəfə oxunub

XƏBƏRLƏR

10.12.2018 11:50

Neftin qiyməti dəyişdi

ÇOX OXUNANLAR