Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar - FOTO

18.11.2018 22:22

Bu gün Milli Gimnastika Arenasında Bakıda keçirilən akrobatika üzrə dünya kuboku yarışlarının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, qadınların qrupunda birinci yeri Rusiya gimnastları Darya Çebulanka, Anastasiya Parşina, Kseniya Zaqoskina, ikinci yeri Belarus nümayəndələri Yuliya İvonçik, Veronika Nabokina, Karina Sandoviç, üçüncü yeri isə Hindistan təmsilçiləri Ayuşi Qodesvar, Praçi Parkxi və Mrunmayi Valde tutublar.

Kişi cütlüklər arasında rusiyalı Timofey İvanov və Maksim Karavayev birinci, Azərbaycan idmançıları Seymur Cəfərov və Murad Əkbərov ikinci, Qazaxıstan akrobatları Daniel Dil və Vadim Şulyar isə üçüncü yerə layiq görülüblər.

Qadın cütlüklər arasında Rusiya təmsilçiləri Yasmin İşankulova və Diana Korotayeva birinci, ukraynalılar Yuliya Pilipyak və Aleksandra-Mariya Tabaçinskaya ikinci olublar.

"KİV nümayəndələrinin simpatiyası” mükafatına Hindistan akrobatları Avidjit Debnat və Tinku Sarkar layiq görülüblər.

Artistizmə görə ən yüksək balı Qazaxıstan nümayəndələri Nikita Amoskin və Anastasiya Dolqanyuk qazanıblar və onlar bu göstəriciyə görə mükafatlandırılıblar.

Milli Gimnastika Arenasında noyabrın 17-18-də keçirilən akrobatika üzrə dünya kuboku ilk dəfədir ki, Bakıda təşkil olunur. Turnirdə Azərbaycan gimnastları ilə yanaşı, Belarus, İsrail, Qazaxıstan, Hindistan, Rusiya və Ukrayna atletləri də iştirak ediblər.

Bu yarışda Azərbaycanı sonuncu Avropa çempionatının mükafatçıları Abdulla Əl-Myaşayxi-Ruhidil Qurbanlı və Ağasif Rəhimov-Nurcan Cabbarlı cütlükləri təmsil ediblər. Yaşlı qruplar arasında yarışların gümüş mükafatçıları (2016-cı il) Seymur Cəfərov və Murad Əkbərov isə kişi cütlüklərin mübarizəsində qüvvələrini sınayıblar.

İkigünlük yarışlarda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, həmçinin qadın qrupu və kişi qrupu tərkiblərində mübarizə aparıblar.

© xezerxeber.az

FOTOQALERIYA






125 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR