Bədəni kök göstərən şişkinliyi aradan qaldıran möcüzəvi DƏFNƏ YARPAĞI ÇAYI

17.11.2018 21:51

Kimsə arıqlamaq üçün aylarla ac qalır, kimsə bir-iki həftəyə istədiyi çəkiyə düşür. Bu, bəzən fiziologiya ilə bağlı olur, bəzən isə səbəbi doğrudan da arıqlamağa yanaşmadan asılıdır.

Oxucuları qısa müddətdə artıq suyu orqanizmdən çıxaran sadə reseptlə tanış edirik.

Bir neçə gün ərzində bir-iki kiloqram arıqlamaq həqiqətən də mümkündür. Pəhrizlər yağları yandırmaq üçün vacibdir, amma bəzən kök üz, şişkin əl və ayaqlar artıq çəkidən xəbər vermir. Hətta enli sümük quruluşu da günahkar deyil! Bunun səbəbi su mübadiləsi və orqanizmin duz balansının pozulmasıdır.

Düzgün qidalanmaya yağlı, qızardılmış və çox duzlu məhsullar daxil edilmir. Hətta veqanlar duzdan da imtina edir. Normal qidalanan insanın rasionunda duz həddən artıq çoxdur və bu qeyri-təbiidir. Duz həddən artıq çox olanda bədəndə su yığılmaya başlayır. Beləliklə də ödəm yaranır. Orqanizmdə su balansının pozulması nəticəsində yağ təbəqəsi artır, sellülit əmələ gəlir.

Bu cür piylənmə qeyri-adi deyil və bununla mübarizə çox sadədir. Bunun üçün təbii diüretiklərdən (sidikqovucu bitkilər) istifadə etmək lazımdır. Onlar bədəndə yığılan mayenin çıxarılmasına və şişkinliyin aradan qaldırılmasına kömək edir, eləcə də su mübadiləsini tənzimləyir. Bədənində 4 litrdən artıq maye ola bilər. Ödəmi sınaqdan keçirilmiş reseptlə bir həftə müddətində ata bilərsiniz.

Limon, zəncəfil, yaşıl çay və qarpız yaxşıdır, ancaq problemin öhdəsindən gəlmək üçün yetərli deyil. Dəfnə yarpağı bu baxımdan daha çox faydalıdır. Yaşıl çay və dəfnə yarpağı qısa müddətdə formaya qayıtmaq istəyən modellər və ictimai şəxslər üçün əsl xilas yoludur. Bəs bu çay necə hazırlanır?

İnqrediyentlər:

800 ml su

1 darçın çubuğu

3 çay qaşığı yaşıl çay

1-2 ədəd dəfnə yarpağı

Hazırlanması:

Suyu qaynadın və bütün inqrediyentləri ona əlavə edin. Dəmlənməsi üçün 15 dəqiqə gözləyin. Hazırlanmış çayı süzək və ya tənzifdən keçirib gündə 3 dəfə için: səhər acqarına, səhər yeməyindən sonra və yatmazdan əvvəl. Müalicə kursu 1 həftə davam edir, onu bir neçə aydan bir dəfədən çox təkrarlamaq olmaz.

Yaşıl çay və dəfnə yarpağı – sidikqovucudur, darçın isə ətiri üçün lazımdır. Onun incə qoxusu bəzən hətta çox güclü iştahanı boğur. Beləliklə, çay toxluq hissi verir, maddələr mübadiləsi gücləndirir, həddən artıq yeməkdən qoruyur və orqanizmdən artıq suyu xaric edir. Onun dadı ətirli dəqiq xoşunuza gələcək!/publika.az

© xezerxeber.az


468 dəfə oxunub

XƏBƏRLƏR

10.12.2018 11:50

Neftin qiyməti dəyişdi

ÇOX OXUNANLAR