Falkao “Real”a keçir?

17.11.2018 17:30

"Monako”nun futbolçusu Radamel Falkao "Real"a təklif olunub.

"Marca” xəbər verir ki, kolumbiyalı forvardın meneceri "Kral Klubu" ilə danışıqlara başlayıb. "Real" rəhbərliyi bu variantı gözdən keçirəcəklərini, lakin daha çox gənc oyunçuların transferində maraqlı olduqlarını bildiriblər.

Qeyd edək ki, Falkao Avropaya 2009-cu ildə transfer olunub. Həmin vaxt "Portu" onu Argentina"nın "River Pleyt" klubundan 5,43 milyon avroya alıb. Portuqaliyalılar 2 il sonra onu 40 milyon avroya "Atletiko"ya satıb. 2013-cü ildə "Monako" kolumbiyalı ulduzu 43 milyon avroya transfer edib. 2014/15 mövsümündə "Mançester Yunayted"ə, 2015/16 mövsümündə "Çelsi"yə icarəyə verilən 33 yaşlı forvard cari mövsümdə "Monako"nun heyətində 14 oyuna çıxaraq 4 qol vurub 2 məhsuldar ötürmə edib.

Fanat.Az

© xezerxeber.az


123 dəfə oxunub

ÇOX OXUNANLAR