Güclü qar hava nəqliyyatını iflic etdi, məktəblər bağlandı

17.11.2018 14:30

Kanadanın Nyu-Bransuik, Nyufaundlend və Labrador əyalətlərinə yağan güclü qar səbəbindən yüzlərlə aviareys gecikib və ya ləğv olunub.

Əyalətlərə 25 sm-dək qar yağıb ki, bu da aylıq yağıntı normasından üç dəfə çoxdur.

Yerli hakimiyyət orqanları əhaliyə şəxsi nəqliyyatdan istifadə etməməyi və havalar düzələnədək evdə oturmağı tövsiyə ediblər.

Əyalətlərdə demək olar ki, bütün məktəblərdə dərslər ləğv olunub./publika.az

© xezerxeber.az


130 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR