Elan saytı vasitəsilə sifariş verdi, fırıldaqçılıqla üzləşdi - VİDEO

16.11.2018 20:57

Elan saytı vasitəsi ilə jalüz sifariş edən şəxs fırıldaqçılıqla üzləşib. Onun 70 manat ödəniş etdiyi usta indi yoxa çıxıb.

Xezerxeber.az-ın məlumatına görə, Elxan Məmmədzadə paytaxtın Yasamal rayonunda yerləşən mağazaya jalüz sifariş etdirib. Elan saytından tapdığı jalüz quraşdırma işi ilə məşğul olan Vüqar adlı usta mağazaya baxış keçirib və obyekt sahibindən 70 manat pul alıb.

Bir neçə gündür ödənişi alan şəxs yoxa çıxıb.

Elxan Məmmədzadənin dediyinə görə, Vüqar zənglərə də cavab vermir.

Faktı dəqiqləşdirmək üçün həmin şəxslə əlaqə saxladıq. Usta, axşam saatlarına qədər sifarişi yerinə yetirəcəyinə söz verib.

Mütəxəssislər isə vətəndaşlara tövsiyə edir ki, elan saytlarından tapdıqları ustalara əvvəlcədən ödəniş etməsinlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






287 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR