Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Təyyarə baqajlarının icarəsi xidməti təklif edilir - VİDEO

15.11.2018 20:58

Bakıdan xarici ölkələrə, ordan da Bakıya ucuz qiymətə baqaj xidmətləri təklif olunur.

Xezerxeber.az-ın məlumatına görə, son zamanlar bəzi şəxslər sosial şəbəkələrdə bu tipli xidmətlər təklif edirlər. Məsələn, Bakıdan hər hansısa bir şəhərə təyyarə ilə gedən şəxs öz baqajında olan boş yeri başqasına sata və ya öz yükündən artıq olan çəkini pul qarşılığında başqasının baqajında daşıya bilər. Bunun üçün isə həmin şəxsə hər kiloqrama görə 2 dollar pul ödəməli olur.

Turizm üzrə ekspert Rəhman Quliyevin sözlərinə görə, daha çox ekonom büdcə ilə uçan şəxslər belə razılaşmalara üz tuturlar.

Xidmətlər müxtəlif ölkələrə və şəhərlərə görə təşkil edilir.

Ekspertlərin fikrincə, bu tipli sövdələşəmələr son zamanlar geniş yayılsa da, həm yükdaşıma qaydalarına ziddir, həm də hər iki tərəf üçün risklidir.

Ekspertin sözlərinə görə, beynəlxalq təcrübədə bu kimi sövdələşəmələrdən ümumiyyətlə istifadə edilmir.Kiçik həcmli yükün daşınması üçün təhlükəsizlik baxımından karqo şirkətlərindən istifadə tövsiyyə edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






204 dəfə oxunub

ÇOX OXUNANLAR