Parlamentdə büdcə müzakirəsi davam edir

14.11.2018 10:43

Bu gün Milli Məclisin plenar iclasında Azərbaycanın 2019-cu ilin dövlət büdcə zərfinin müzakirəsi davam etdiriləcək.

XəzərXəbər xəbər verir ki, iclasda Nazirlər Kabinetinin üzvləri də iştirak edəcəklər.

Ümumilikdə layihə ilə bağlı noyabrın 15-23-30-da parlamentin plenar iclasları keçiriləcək. Büdcə zərfinin 3 oxunuşda qəbul edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanın 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 917,5 milyon manat, xərcləri 24 780,1 milyon manat proqnozlaşdırılır.

© xezerxeber.az


90 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR