Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Şəhid hərbi qulluqçuların vərəsələrinə ödənişlərin verilməsinə başlanılıb - VİDEO

13.11.2018 20:13

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların hər birinin vərəsəsinə birdəfəlik ödənişlərin verilməsi prosesinə başlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin sektor müdiri Babək Hüseynov bildirib ki, 114 şəhid hərbi qullqçunun 146 vərəsəsinin bank hesabına 11 min manat iki gün ərzində köçürüləcək.

Nazirlik rəsmisi bildirib ki, artıq müraciət etmiş digər şəhid hərbi qulluqçularının da vərəsələrinin sənədlərinə baxılır.

Babək Hüseynov, vəsaitlərin ödənişinin növbəti ildə də davam edəcəyini deyib. Artıq bu məsələ ilə bağlı gələn ilin büdcəsində vəsait nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






314 dəfə oxunub

ÇOX OXUNANLAR