Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

"Nəsimi bazar"ı sökülür - yerində 18 mərtəbəli bina tikiləcək - VİDEO

13.11.2018 20:12

Bakıda məşhur "Nəsimi bazar"ı söküləcək.

Xezerxeber.az-ın məlumatına görə, hazırda 80-ə yaxın satıcının çalışdığı bazarın sökülməsi işlərinə gələn ilin əvvəlindən başlanılacaq.

Bazarın ərazisi "Pilot layihə"yə salınıb. Layihəni icra edən tikinti şirkətindən "Xəzər Xəbər"ə bildirildi ki, "Nəsimi bazar"nın yerində 18 mərtəbəli yaşayış binası tikiləcək. Artıq bazar rəhbərliyi ilə də danışıqlara başlanılıb. Söküntü işlərinə isə gələn ilin əvvələrində start veriləcək. Yaşayış binasının ilk 3 mərtəbəsi ticarət obyekti kimi fəaliyyət göstərəcək. Həm bazarda çalışan satıcılar, həm də bazar rəhbərliyi isə bildirdi ki, onlara söküntü ilə bağlı heç bir məlumat verilməyib.

Məsələ ilə bağlı Nəsimi rayon icra başçısının müavini Qurban İsmayılov bildirdi ki, Nəsimi bazarının söküləcəyi ilə bağlı xəbərlər doğrudur. Ərazidə olan həm yaşayış evləri, həm də bazar şəhərin memarlıq üslubuna uyğun gəlmir. Buna görə də yaşayış evlərinin bir çoxu sökülərək yerində çoxmərtəbəli binaların tikintisinə başlanılıb. Bazarın sökülməsi məsələsinə gəldikdə isə, artıq bununla bağlı bazar rəhbərliyi ilə tikinti şirkəti arasında danışıqlara başlanılıb.

Bazarda fəaliyyət göstərən satıcıların aqibətinə gəldikdə isə, Qurban İsmayılov bildirdi ki, bu məsələ bazar rəhbərliyi ilə tikinti şirkəti arasında tənzimlənən bir məsələdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






358 dəfə oxunub

ÇOX OXUNANLAR