Azərbaycanın KTMT-yə üzv olması mümkündür? - Nazir cavab verdi - VİDEO

23.10.2018 20:56

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həlli üçün danışıqlara tam hazırdır. Əsas məsələ qarşı tərəfin məsələyə münasibətidir. Azərbaycanın Xarici işlər Naziri Elmar Məmmədyarov Rusiyanın Ria Novosti agentliyinə müsahibəsində belə deyib. Nazir Ermənistanın yeni hakimiyyətinin münaqişənin həlli üçün iradə nümayiş etdirməli olduğunu bildirib.

Elmar Məmmədyarov əlavə edib ki, Düşənbədə MDB sammiti çərçivəsində Prezident İlham əliyev və Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında baş tutmuş söhbət Azərbaycanın hərtərəfli dialoqa hazır olduğunun bariz nümunəsidir.

Elmar Məmmədyarov Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaq barədə planlarının olub-olmaması sualına da münasibət bildirib. Nazir bu təşkilatla ikitərəfli formatda əlaqələrin qurulmasının daha məqsədəuyğun olduğuna diqqət çəkib.

Elmar Məmmədyarov Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusu ilə bağlı yekun konvensiyanın qəbul olunmasına da münasibət bildirib. Nazir bu sənədin Azərbaycana Xəzərin təbii ehtiyatlarından istifadə üçün hüquqi əsas verdiyinə diqqət çəkib. Elmar Məmmədyarov konvensiyanın Xəzər dənizində neft-qaz sahəsində həyata keçirilən böyük layihələrin də zəmanətçisi olduğunu vurğulayaraq, bu sənəddə bütün xəzəryanı ölkələrin hüquq və vəzifələrinin aydın şəkildə əks olunduğunu bildirib.

© xezerxeber.az

FOTOQALERIYA






152 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR