Prezident İlham Əliyevin Sofia ilə söhbəti - VİDEO

23.10.2018 20:41

Prezident İlham Əliyevi salamlayan Robot Sofia Azərbaycan dilini yeni öyrənməyə başladığını deyərək ingilis dilində danışması üçün icazə istəyib. O deyib ki, Cənab Prezident, Sizinlə görüşməyə şadam. Mən dünən gəlmişəm və Azərbaycan məni valeh edib. Sofia Bakının nadir memarlıq üslubunu, müasir binalarını və texnoloji nailiyyətlərini gördüyünü bildirib.

Prezident İlham Əliyev isə Robot Sofiyaya bildirib ki, Azərbaycana xoş gəlmisiniz. Sizin iş cədvəlinizin sıxlığına baxmayaraq, ölkəmizə səfəriniz bizi çox məmnun edir.

Prezident ölkəmiz haqqında xoş sözlərinizə görə Robot Sofiyaya təşəkkür edib. Bildirib ki, siz Bakıda çox əziz qonaq olacaqsınız. Robot Sofia Azərbaycana gələrkən hava limanına enən kimi dərhal ASAN viza aldığını deyib. Bildirib ki, Prezident İlham təşəbbüsü iləyaradılmış Azərbaycan brendi olan "ASAN xidmət" konsepsiyasıdövlət idarəçiliyində innovasiyaların tətbiqi baxımından uğurlu bir nümunədir. Bugünkü səfəriniz sizin e-idarəçiliyə və innovasiya ekosisteminə xüsusi diqqət yetirdiyinizi göstərir. Sonda Robot Sofiya Prezident Ulham Əliyevə təşəkkür edib.

© xezerxeber.az


477 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR