İran gəmisində ölən şəxslərin meyitləri təhvil verildi - VİDEO

22.10.2018 19:43

Bir neçə gün əvvəl İrana məxsus yük gəmisində baş vermiş zəhərlənmə ilə bağlı mümkünaraşdırmalar aparılıb. Ötən gün hadisə nəticəsində dünyasını dəyişən 3 nəfərin meyitləri İrana göndərilib. Bu sözləri İranın ölkəmizdəkisəfiri Cavad Cahangirzadə deyib. O yük gəmisinin bu axşam irana aparılacağını bildirib.

İrana məxsus ''Nazmehr'' quru yük gəmisində baş vermiş zəhərlənmə nəticəsində ölən şəxslərin meyitləri öz ölkələrinə göndərilib.

Bu barədə məlumatı ''Xəzər Xəbər''ə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib. Səfir bildirib ki, Aktau-Bakı marşrutu üzrə hərəkət edən İrana məxsus ''Nazmehr'' quru yük gəmisində zəhərlənmə nəticəsində dünyasını dəyişən 3 nəfər, Əkbər Mənsumi Kərim, Seyid Murtuza Mirhüseyn, Səccad Səyyad Feriydundurun meyitləri ötən gecə İrana göndərilib. Xəsarət alanlar isə ciddi nəzarətdədirlər.

Səfir Cavad Cahangirzadə bildirdi ki, hazırda Azərbaycan və İran hüquq mühafizə orqanlarının əməkdaşları hadisənin baş vermə səbəbini araşdırılır. İlkin ehtimala görə, heyət üzvlərinin zəhərlənməsinə, gəmidəki 1500 ton taxıla vurulan kimyəvi madə olub.

Qeyd edək ki, xəsarət alan 8 nəfər gəmiyə qayıdıb və gəminin yükü də boşaldılıb. Səfirin sözlərinə görə, gəmi axşam saatlarında İrana qayıdacaq.

© xezerxeber.az


209 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR