Azərbaycanda Aİ 92 markalı benzin ucuzlaşacaq? - VİDEO

22.10.2018 20:59

Aİ-92 markalı benzin müvəqqəti olaraq xaricdən idxal ediləcək. Nazirlər Kabinetinin qərarına əsasən idxal müddətində tətbiq edilən gömrük rüsumları ləğv edilib. Yeni qərar qiymətlərətəsir edəcəkmi ?

Ölkəmizdə Aİ 92 markalı benzinin idxalıgömrük rüsumlarından azad edilib. Nazirlər Kabinetinin qərarına əsasən bu növ benzin üçün 15 % olan gömrük rüsumu90 gün ərzində ödənilməyəcək.

Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədovun sözlərinə görə bu qərarın qəbul edilməsinə səbəb Heydər Əliyev adına Baki Neft Emali Zavodunda işlərin müvəqqəti dayandırılması ilə bağlıdır..

Deyilənlərdən belə aydın olur ki,hələbirmüddət ölkədə bu markalı benzin istehsal edilməyəcək, yalnız idxal ediləcək. 92 markalı benzinlə təminat baxımından heç bir problem olmayacaq.

Gömrük rüsumlarının müvəqqəti olaraq ləğv edilməsi qiymətə heç bir təsiri olmayacaq. Təmir işlərinin 1 ay ərzində yekunlaşması gözlənilir.

© xezerxeber.az


284 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR