Zaqatalada fındıq oğruları saxlanıldı - VİDEO

20.10.2018 19:33

Zaqatalada fındıq oğrularısaxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslərdəyəri 1400 manat olan 6 kisə fındıq oğurlayıblar.

Həyətdən fındıq oğurlayan şəxslər saxlanılıb.

Zaqatalanın Yuxarı Tala kənd sakini Saleh Soltanov Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, yaşadığı evin həyətyanı sahəsindən 6 kisə fındıq oğurlanıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxslərin rayonun Yuxarı Tala kənd sakini Əhməd Məmmədov və Aşağı Tala kənd sakini, əvvəllər məhkum olunmuş İslam Ömərov olduğu müəyyən edilib.

Əhməd Məmmədov və İslam Ömərov tutularaq istintaqa cəlb ediliblər. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

© xezerxeber.az


129 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR