Yaş saçla açıq havaya çıxmaq olmaz

20.10.2018 14:49

O qeyd edib ki, yaş saçla açıq havaya çıxmaq sinuzit xəstəliyinə səbəb olur

Mütəxəssislər yaş saçla açıq havaya çıxmamağı məsləhət görür. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qulaq-burun-boğaz xəstəlikləri mütəxəssisi Yavuz Səlim Yıldırım məlumat verib. O qeyd edib ki, yaş saçla açıq havaya çıxmaq sinuzit xəstəliyinə səbəb olur.

"Təkrarlanan baş ağrıları zamanı adətən miqren və beyin şişləri yada düşür. Ancaq insanlar sinuzit adlı bir xəstəliyin olduğunu unudur. Sinular burun və göz ətrafında olan hava boşluqlarıdır. Sinusların iltihablanması nəticəsində burun tutulması, üz və baş ağrısı, burun axıntısı, öskürək, bəlğəm və s. əlamətlər müşahidə olunur. Burun tutulması hər zaman olmaya bilər. Bəzi sinusların tutulması zamanı tək baş ağrısı müşahidə edilə bilər. Bəzən ilk əlamətlər gözlərdə şişmə, meningit və ya beyin iltihablanması olaraq qarşımıza çıxa bilər" – deyə həkim qeyd edib.

Onun sözlərinə görə, sinuzit olmamaq üçün kəskin yuxarı tənəffüs infeksiyaları zamanı burun tutulmasının qarşısının alınması üçün müxtəlif preparatlardan istifadə etmək, burun allergiyası müalicəsi etdirmək, yaş saçla açıq havaya çıxmamaq və başı küləkdən qorumaq lazımdır".

© xezerxeber.az


136 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR