“Ağsaqqalların ölkənin ictimai-siyasi həyatında rolu” - VİDEO

19.10.2018 20:33

Oktyabrın 19-da Azərbaycan Ağsaqqallar Şurası "Ağsaqqalların ölkənin ictimai-siyasi həyatında rolu” mövzusunda konfrans keçirib.

Xezerxeber.az xəbər verir ki, konfransda əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ali dövləti fəaliyyətini əks etdirən film nümayiş olunub.

Sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yorulmaz fəaliyyət göstərib. Ümummilli Lider ikinci dəfə hakimiyyətə qayıdandan sonra Azərbaycan bütün sahələrdə inkişaf yoluna qədəm qoydu. Bu yolla addımlayan Azərbaycan böyük uğurlara nail oldu, müstəqil ölkə kimi beynəlxalq aləmdə nüfuz qazandı. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu fəaliyyəti, həyata keçirdiyi müstəqil siyasət ölkəmizi daha da qüdrətləndirdi. Son 15 ildə Prezident İlham Əliyev ölkəmizin inkişafı üçün gərgin əmək sərf edib. Dövlətimizin başçısının Vətən, xalq sevgisi Azərbaycanı parlaq gələcəyə aparır. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu gündən-günə artır. Bu uğurlara Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın böyük səyləri nəticəsində nail olunub.

Tədbir ziyalıların Azərbaycan dövlətçiliyinin inkişafı və ağsaqqalların ölkəmizin ictimai-siyasi həyatındakı rolu ilə bağlı çıxışları ilə davam edib.

Tədbirin sonunda bir qrup ziyalıya fəxri fərmanlar təqdim olunub.

© xezerxeber.az

FOTOQALERIYA






182 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR