Evinə usta sifariş etdi, ziyana düşdü - VİDEO

19.10.2018 20:48

Elan saytlarının birindən evinə usta sifariş edən şəxs ziyana düşüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Bakının Binəqədi rayonunda qeydə alınıb. Paytaxt sakini evinə mebel yığdırmaq məqsədi ilə saytların birindən usta çağırıb. Mənzilə baxış keçirən usta ev sahibindən 300 manat beh alaraq yoxa çıxıb.

Mənzil sahibi Elçin Əhmədovun sözlərinə görə, bir müddət əvvəl evinə mebel yığdırmaq məqsədi ilə elan saytlarından birindən usta axtarışı edib. Tapdığı usta isə mənzilə baxış keçirib, ilkin ödəniş aldıqdan sonra yoxa çıxıb.

Elçin Əhmədov, mənzilə baxış keçirən ustanın videogörüntüsünü də bizə təqdim edib. Onun iddiasına görə, usta əlində çantası olan görüntüdəki ağ köynəkli şəxs olub.

Elçin Əhmədov deyir ki, usta ilə onun arasında heç bir rəsmi razılaşma olmayıb. Usta ilə şifahi razılaşmaya görə yeni mebellər bu ayın 4-ə qədər mənzilə quraşdırılmalı idi.

Elə biz də həmin şəxsin nömrəsinə zəng etdik, amma telefon sönülü olduğu üçün qarşı tərəflə əlaqə saxlaya bilmədik.

Qeyd edək ki, sözügedən faktla bağlı hazırda Binəqədi rayon 4-cü polis bölməsində araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






448 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR