İran sobalarına tələbat artıb - əşyaların təhlükəsizliyi də gündəmdədir - VİDEO

18.10.2018 19:21

Havaların soyuması bazarda İran sobalarına tələbatı artırıb. Qiymətlər isə 100-350 manat arasında dəyişir.

Xezerxeber.az-ın məlumatına görə, İran sobalarına tələbatın artması ilə yanaşı, təhlükəsizliyi məsələsi də gündəmə gəlir.

Satıcılar deyir ki, uyğunluq sertifikatı olan və qaydalara uyğun quraşdırılan sobaların hər hansı təhlükəsi yoxdur.

Ekspert Nüsrət Qasımov da deyir ki, İran sobaları, əslində təhlükəsizlik tələblərinə tam cavab verir. Lakin Azərbaycanda fərqli texniki parametrlər tətbiq olunduğuna görə müəyyən problemlər meydana çıxır.

Odur ki, xoşagəlməz hadisələrin baş verməməsi üçün onların quraşdırılması zamanı müvafiq standartlara və qaydalara riayət olunmalıdır. Ən əsası, bu iş peşəkar ustalara həvalə olunmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






341 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR