Dünya İqtisadi Forumunun hesabatında Azərbaycanın mövqeyi xeyli yaxşılaşıb - VİDEO

17.10.2018 20:20

Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik hesabatında institutlar, infrastruktur, İKT-nin istifadə səviyyəsi, səhiyyə, əmək bazarı, biznesin dinamikliyi və innovasiya potensialı indikatorları üzrə Azərbaycanın mövqeyi xeyli yaxşılaşıb.

Xezerxeber.az bildirir ki, yeni metodologiya əsasında hazırlanan hesabatda Azərbaycan, əhalinin elektriklə təchizatı səviyyəsinə görə maksimal 100 faiz bal almaqla dünyada ilk pilləyə yüksəlib. Azərbaycan dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi reytinqi üzrə də yüksək bal toplayıb.

İqtisadçı ekspert Vüqar Bayramov qeyd edib ki, dünya iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir göstərən qlobal rəqabətlilik hesabatında Azərbaycanın mövqeyinin yaxşılaşması heç də təsadafi deyil.

Onun sözlərinə görə, belə nüfuzlu hesabatda Azərabycanın mövqeyinin yaxşılaşmasının xeyli əhəmiyyəti var.

Ekspert qeyd edib ki, qlobal trendlər nəzərə alınmaqla tamamilə yeni yanaşma əsasında hazirlanmasına baxmayaraq, Azərbaycanın yeni dövrün ilk qlobal rəqabətlilik hesabatinda bir neçə indikator üzrə yüksək nəticələr əldə etməsi gələcəkdə digər indikatorlar üzrə də daha yaxşı nəticələr əldə etməyə yeni imkanlar açır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






240 dəfə oxunub

XƏBƏRLƏR

17.11.2018 17:30

Falkao “Real”a keçir?

ÇOX OXUNANLAR