Kresloya qurulmuş bomba deputatı göyə sovurdu - 3 ölü, 7 yaralı...

17.10.2018 13:07

Əfqanıstanda millət vəkili öldürülüb.

"Euronews” xəbər verir ki, Əfqanıstanın cənubundakı Helmand əyalətinin deputatı Əbdül Cabbar Qəhrəman sui-qəsd qurbanına çevrilib.

Helmand valiliyinin sözçüsü Ömər Zuvak millət vəkilinin ofisindəki oturacağına yerləşdirilmiş bombanın partlaması nəticəsində Qəhrəmanın öldüyünü açıqlayıb.

Hücum nəticəsində üç nəfər də ölüb, yeddisi isə yaralanıb.

Taliban rejimi hücumu öz üstünə götürüb./AzNews.az

© xezerxeber.az


150 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR