Magistraturaya qəbul olan tələbə qəribə hal ilə üzləşib - "Ali məktəbdə belə ixtisas yoxdur" - VİDEO

16.10.2018 20:52

Magistraturaya qəbul olan Orxan Nərimanzadə qəribə hal ilə üzləşib. O, magistraturaya qəbul olub, hətta universitetdə qeydiyyatdan da keçib. Lakin dərs başlayanda tələbəyə bildirilib ki, bu ali təhsil müəssisəsində belə ixtisas yoxdur.

Xezerxeber.az-ın məlumatına görə, belə bir hadisə Azərbyacan Dövlət Mədəniyyət və İncəsənət Universitetində yaşanıb. 22 yaşlı Orxan Nərimanzadə Rəssamlıq Akademiyasının dekorativ-tətbiqi sənət və bədii keramika fakültəsində bakalavr təhsili alıb və 2016-cı ildə oranı bitirib. Bu il isə magistraturaya imtahan verərək eyni ixtisas üzrə Mədəniyyət və İncəsənət Universitetinə qəbul olub.

Sentyabrın 17-də bütün tələblər kimi Orxan Nərimanzadə də dərslərdə iştirak etmək üçün Mədəniyyət və İncəsənət Universitetinə yollanıb. Lakin ona bildirilib ki, ali təhsil ocağında belə ixtisas yoxdur.

Orxan Nərimanzadə deyir ki, ona təklif edilən ixtisaslarla öz ixtisası arasında heç bir uyğunluq yoxdur. Bu səbəbdən də həmin dərslərdə iştirakı mümkün deyil.

Məslə ilə bağlı universitetinin mətbuat katibi Nərmin Qaralova "Xəzər Xəbər"ə bildirdi ki, 2000-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dekorativ-tətbiqi sənət və bədii keramika ixtisası tədris edilmir. Qəbul planına da ümumi ixtisas kimi salınıb və tələbə onun içərisində olan digər ixtisaslardan birini seçməlidir.

Mətbuat katibi qeyd etdi ki, qəbul planında verilsə də, həmin ixtisas tədris olunmadığını Orxan Nərimanzadə əvvəlcədən bilib.

"Təhsil alan şəxs ona uyğun ixtisasın hansı universitetlərdə tədris olunduğunu mütləq bilməlidir" -deyə Nərmin Qaralova bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






873 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR