"Facebook Messenger"-də yeni funksiya

16.10.2018 15:05

Yaxın zamanlarda bu mövzu ilə bağlı rəsmi açıqlamanın olacağı gözlənilir

WhatsAppda mesaj silmə xüsusiyyəti "Facebook Messenger"də də tətbiq ediləcək.

"Facebook" bir müddət əvvəl "Messenger"-də "WhatsApp"-da istifadəçilərin yazdıqları mesajları geri alması— daha doğrusu silə bilməsi funksiyasının tətbiq edəcəyi barədə məlumat vermişdi. Ancaq sosial şəbəkə bu funksiyanln nə zaman reallaşacağı barədə bildirməmişdi.

Bu gün TechCrunch adlı internet saytında "Facebook Messenger"-də mesajların necə silinəcəyi barədə məlumat yayımlanıb.

Android sistemlər üçün nəzərdə tutulmuş "Facebook Messenger"-də tətbiq edilən bu funksiya zamanı "Mesajı Sil" seçimin üstündə "Mesajı Geri al" seçimi yerləşdirilib. Əgər " Mesajl Geri Al" seçimini seçirsinizsə, bu zaman " Facebook Messenger" bunu etmək istəyib istəmədiyinizi soruşur.

Hazırda tətbiq test mərhələsindədir, nə zaman tətbiq ediləcəyi barədə məlumat yoxdur. Yaxın zamanlarda bu mövzu ilə bağlı rəsmi açıqlamanın olacağı gözlənilir./Sputnik Azərbaycan

© xezerxeber.az


92 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR