Bu dəfə dava Həbibin meneceri ilə reper arasında oldu - İnstaqramda

16.10.2018 11:34

"Bu axmaq ucuz kostyumda böyük pul haqqında danışır"

Rusiyalı idmançı Həbib Nurməhəmmədovun UFC-dən başqa döyüş liqasına - "Bellator”a keçməsini təklif edən amerikalı məşhur reper Kertis Ceksonla (50 Cent ) Nurməhəmmədovun meneceri arasında İnstaqramda söz atışması olub.

Rusiya KİV-i xəbər verir ki, Ceksonun təklif etdiyi məbləğə menecerin reaksiyası münaqişəyə səbəb olub.

Həbib Nurməhəmmədovun meneceri Əli Əbdül-Əziz təklif olunan 2 milyon dolların "sadəcə zibil” olduğunu yazıb. Onun sözlərinə görə, Həbib bu pula "hətta Koka-kolanın butulkasını açmayacaq”.

"Pis təsəvvürün daha bir nümunəsi. Bu axmaq ucuz kostyumda böyük pul haqqında danışır. Gülməlidir!” - reper cavabında yazıb.

Qeyd edək ki, daha əvvəl 50 Cent UFC-nin Həbib Nurməhəmmədov barəsində qəbul etdiyi sanksiyaları ittiham edib və rusiyalıya "Bellator”a keçid üçün 2 milyon dollar söz verib. Buna cavab olaraq, döyüşçü Ceksonu məsələni müzakirə etmək üçün Dağıstana dəvət edib.

Xatırladaq ki, Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində oktyabrın 7-də keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib. Hakimlər 4-cü raundda rusiyalı döyüşçünün qələbəsini qeydə alıblar.

Nurməhəmmədov 4-cü raundda rəqibə qarşı boğucu fənd işlədib və bundan sonra irlandiyalı təslim olub. (Publika.az)

© xezerxeber.az


143 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR