Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Nazirlik bu vəzifələrin tutulması üçün müsahibə elan edir - SİYAHI

24.09.2018 17:31

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bir sıra vəzifələrin tutulması üçün daxili müsahibə elan edir.

Nazirlikdən verilən məlumata görə, müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu bu gündən başlayır və oktyabrın 8-i saat 18:00-dək aparılacaq.

Vakansiya elan edilən vəzifələr:

Nəqliyyat siyasəti şöbəsi, böyük məsləhətçi

Nəqliyyat siyasəti şöbəsi, aparıcı məsləhətçi

Nəqliyyat sahəsinin tənzimlənməsi şöbəsi, baş məsləhətçi

Nəqliyyat sahəsinin tənzimlənməsi şöbəsi, Dəniz nəqliyyatı sektoru, sektor müdiri

Nəqliyyat sahəsinin tənzimlənməsi şöbəsi, Dəniz nəqliyyatı sektoru, aparıcı məsləhətçi

Telekommunikasiya və poçt şöbəsi, Poçt sektoru, aparıcı məsləhətçi

İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafi şöbəsi, Elm, yüksək texnologiyalar və informasiya cəmiyyətinin inkişafı sektoru, sektor müdiri

İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafi şöbəsi, Elektron hökümət və elektron xidmətlər sektoru, böyük məsləhətçi

Beynəlxalq əməkdaşlıq şöbəsi, şöbə müdiri

Beynəlxalq əməkdaşlıq şöbəsi, Dövlətlərarası əməkdaşlıq sektoru, sektor müdiri

Beynəlxalq əməkdaşlıq şöbəsi, Beynəlxalq tədbirlər və protokol sektoru, aparıcı məsləhətçi

Hüquq şöbəsi, şöbə müdirinin müavini

İnsan resurslarının idarə edilməsi və dövlət qulluğu şöbəsi, böyük məsləhətçi

Sənədlərlə iş şöbəsi, şöbə müdiri

Sənədlərlə iş şöbəsi, baş məsləhətçi

İctimaiyyətlə əlaqələr və vətəndaş qəbulu şöbəsi, baş məsləhətçi

Məxfi şöbə, baş məsləhətçi

Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilər.

Müsahibədə iştirak etmək üçün ərizə, əmək kitabçasının surəti, ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında diplomun surəti ilə birlikdə), kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir), bir ədəd ağ rəngli fotoşəkil (4x6), son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayışı təqdim etməlidirlər.

Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 0900-dan 1300-dək və 1400-dan 1800-dək), yaxud poçt vasitəsi ilə təqdim edilə bilər.

Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər iştirak edə bilərlər.

© xezerxeber.az


256 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR