Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

“Məqsədimiz Tehrandakı rejimi devirmək deyil” – Pompeo

22.09.2018 19:22

"Əgər Tehran öz siyasətini dəyişsə, ABŞ İranla dialoq aparmağa hazırdır. Amma biz hələ bunun baş verdiyini görmürük.”

Bunu ABŞ dövlət katibi Mayk Pompeo "MSNBC” telekanalına müsahibəsində belə deyib. Onun sözlərinə görə, Vaşinqtonun məqsədi Tehrandakı rejimi devirmək deyil.

"Biz aydın şəkildə bəyan etmişik ki, rejimin dəyişdirilməsi prezident Trampın siyasəti deyil. Biz İran İslam Respublikasından nə istədiyimizi bildirmişik və bu, olduqca sadədir: Ər-Riyada tərəf raketlər buraxmağa son qoymağa, "Hizbullah”ı silahlandırmaq və İsraili təhdid etməyi dayandırmağa, terrorizmin ən böyük sponsor ölkəsi olmaqdan imtinaya nə deyirsiniz? Bütün bunlar bizim dünyadakı istənilən ölkəyə qarşı irəli sürdüyümüz sadə tələblərdir və İrandan gözlədiyimiz də bunlara əməl edilməsidir. Əgər İrandakı islam rejimi bu dəyişikliklərə getsə, biz onlarla danışıqlara şad olarıq və prezident Tramp da bunu açıq formada bildirib. Lakin onların (İran – red.) geri çəkilmələrinə dair heç bir əlamət yoxdur və bütün dünyaya terror təhdidi yaratmaqda davam edirlər”, – deyə Pompeo vurğulayıb.

Xatırladaq ki, mayın 8-də ABŞ prezidenti Donald Tramp Amerikanın birtərəfli qaydada Hərtərəfli müştərək fəaliyyət planından çıxdığını bəyan edib. 7 avqustdan etibarən Vaşinqton İranın nüvə proqramı ilə əlaqadar əvvəlki sanksiyalarını bərpa edib. Sanksiyalar İranın avtomobil sektoruna, həmçinin, qızıl və digər metalların satışı sahəsinə tətbiq edilməyə başlayıb. Bununla əlaqədar olaraq, İranın alüminium, polad, qrafit, kömür, həmçinin sənaye müəssisləri üçün kompüter proqramlarının ticarəti dayandırılıb. Sanksiyaların ikinci mərhələsi isə 4 noyabrda qüvvəyə minəcək. Onlar İranın enerji və bank sektorunu əhatə edəcək.

19 sentyabrda ABŞ-ın İran üzrə xüsusi elçisi Brayan Huk Vaşinqtonun Tehranla nüvə proqramı və ballistik raketlər məsələsini də əhatə edəcək yeni saziş imzalayacaqlarına ümid etdiyini bildirib.

© xezerxeber.az


155 dəfə oxunub

ÇOX OXUNANLAR