Hərbiçilərinizi çıxarın! – NATO-dan Rusiyaya tələb

22.09.2018 12:41

NATO baş katibinin müavini Roza Qutemüller Rusiyadan Gürcüstan ərazisində olan hərbi qüvvələrini çıxarmağı tələb edib.

Bunu Tiflisdə rəsmi səfərdə olan R.Qutemüller Gürcüstan xarici işlər naziri David Dondua ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O, NATO-nun Gürcüstanın Abxaziya və Cənubi Osetiya da daxil olmaqla müstəqilliyini, suverenliyini və beynəlxalq çərçivədə tanınan ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Baş katibin müavini Rusiyanın Qara dənizdəki fəaliyyətindən narahatlıq keçirdiklərini ifadə edib.

R.Qutemüller Gürcüstanın NATO-ya üzv qəbul ediləcəyinə inandığını da vurğulayıb.

© xezerxeber.az


332 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR