Cocuq Mərcanlıda 25 ildən sonra məhsul istehsalına başlanılıb - VİDEO

21.09.2018 21:04

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 25 ildən sonra ilk dəfə kənd təsərrüfatı məhsulları becərilib.

Xezerxeber.az-ın məlumatına görə, bir müddət əvvəl İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə həyata keçirdiyi layihələr çərçivəsində kənddə istixana təsərrüfatları yaradılmışdı. Burada hər biri 160 kvadratmetr sahəyə malik polietilen örtüklü, tunel tipli 15 istixana qurulmuşdu. Artıq 25 ildir ki, əkilməyən həmin torpaqlardan bol məhsul əldə edilib.

Cocuq Mərcanlı fermerlərinə dəstək məqsədilə istixanalarda yetişdirilmiş 1100 kiloqram xiyar Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən satın alınıb. Bununla yanaşı, fermerlər məhsulun pərakəndə satışını da həyata keçirirlər.

Fermerlər növbəti illərdə digər kənd təsərrüfatı məhsulları da becərmək niyyətindədirlər.

Təsərrüfatlardan əldə olunacaq məhsulların satışına dəstək məqsədilə Dövlət Aqrar Ticarət Şirkəti ilə Cocuq Mərcanlı fermerləri arasında razılıq əldə olunub. Bu məqsədlə sözügedən qurumla fermerlər arasında memorandum imzalanacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






452 dəfə oxunub

XƏBƏRLƏR

17.12.2018 09:51

Turin derbisi - VİDEO

ÇOX OXUNANLAR