Sudan pulsuz istifadə üçün imza toplanılır

21.09.2018 21:12

İstehlakçıların və istifadəçilərin hüquqlarının müdafiəsi təşkilatı Kataloniyanın müəssisələrində krandan suyun pulsuz verilməsi üçün imzatoplama kampaniyası keçiriblər.

Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, təşkilatın gətirdiyi dəlillərdən biri kəmərlə gələn suyun ucuz olmasıdır. Belə ki, 1 litr su 0,002 avrodan da az qiymətə başa gəlir. Aksiya fəalları əlavə edirlər ki, sudan pulsuz istifadə faydalı vərdişlər formalaşdıracaq, həmçinin plastikdən istifadəni azaldacaq. Onlar suyun insan üçün ilk zəruri vasitələrdən olduğunu bir daha qeyd edirlər.

Məsələ təkcə Kataloniyada deyil, İspaniyanın digər regionlarında da qaldırılıb. Kataloniyada restoran və mehmanxana biznesi sektorunun nümayəndələri buna qəti narazılıqlarını bildiriblər və bu layihənin müzakirəyə çıxarılmamasına qərar verilib.

Bununla belə, təşkilatda ümidlərini itirmirlər ki, içərisində su olan qrafinlər müəssisə tərəfindən masa üzərində təkcə "kompliment” kimi təklif edilməyəcək. Onlar bu təşəbbüsü İspaniyanın bütün bar və restoranlarına yaymaq niyyətindədirlər.

© xezerxeber.az


384 dəfə oxunub

XƏBƏRLƏR

17.12.2018 09:51

Turin derbisi - VİDEO

ÇOX OXUNANLAR