Taksi sürücülərinə qənim kəsilənlər ifşa edildi - VİDEO

21.09.2018 21:02

Taksi sürücülərinə qarşı quldurluq edən şəxslər saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, Müşfiqabad qəsəbəsində kirayədə yaşayan 22 yaşlı Rəsul Məmmədov otaq yoldaşı, 26 yaşlı Ramiq Hüseynzadə ilə taksi sürücülərini "soymaq" qərarına gəliblər. Onlar iki gün ərzində gecə saatlarında iki avtomobilə müştəri kimi əyləşərək naməlum istiqamətə sürdürüblər. Sonra isə sürücülərə bıçaqla hədə-qorxu gələrək soyğunçuluq ediblər.

Rəsul Məmmədov və Ramiq Hüseynzadə iki avtomobildən ümumilikdə 68 manat pul və 3 ədəd mobil telefon götürərək aradan çıxıblar. Abşeron polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində onların hər ikisi tutularaq istintaqa cəlb edilib.

Onlar sürücülərdən aldıqlarını öz aralarında bölüblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






526 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR