Bond haqqında filmi o çəkəcək

21.09.2018 15:33

41 yaşlı rejissor Keri Fukunaqa yeni filmin rejissoru təyin olunub.

Trend-in məlumatına görə, "Əsl detektiv” serialının və "Ceyn Eyr” filminin rejissoru Fukunaqa bu ilin avqust ayında vəzifəsini tərk etmiş Denni Boylu əvəz edir.

Ceyms Bond haqqında 25-ci film 2019-cu ilin mart ayında başlayacaq. Baş rolda Deniel Kreyqin çəkiləcəyi gözlənilir. Filmin dünya premyerası 14 fevral 2020-ci il tarixində baş tutacaq.

© xezerxeber.az


120 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR