Ermənistanda girovluqda olan azərbaycanlıların sayı açqlanıb - VİDEO

20.09.2018 20:10

29 uşaq, 98 qadın və 112 qoca hələ də Ermənistanda girovluqdadır.

Xezerxeber.az-ın məlumatına görə, bunu Bakıda keçirilən "Qadınlar, sülh və təhlükəsizlik" mövzusundakı konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynova bildirib.

Tədbirdə iştirak edən NATO baş katibinin müavini Rouz Qotemoller Azərbaycanın bu qurumun fəaliyyətində aktiv rol oynadığına diqqət çəkib.

Rouz Qotemoller Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışıb və bu problemin sülh yolu ilə həllində maraqlı olduqlarını bildirib.

Konfransda bildirilib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurdlarından çıxarılmış qaçqın və məcburi köçkünlərin 400 mindən çoxunu qadın, 300 mindən çoxunu isə uşaq təşkil edir. Azərbaycan münaqişə müddətində 1114 nəfərin əsir və girovluqdan azad edilməsinə nail olub. Əsirlikdən xilas olanlardan 223-ü uşaq, 363-ü qadın, 224-ü yaşlı insanlardır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






834 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR