Ağacları doğrayıb belə daşıyır - Sürücü "iş başında" yaxalandı - VİDEO

19.09.2018 20:24

Yük maşınının arxası hissəsinə çoxlu sayda kəsilmiş yaş və iri gövdəli ağaclar doğranaraq yüklənilib.

Xezerxeber.az-ın məlumatına görə, yaş odun daşıyan "QAZ-53" markalı yük avtomobili İsmayıllı -Qəbələ avtomobil yolunda saxlanılıb. Çəkiliş apardığımız zaman maşının sürücüsü ozünü təqdim etməkdən imtina edib. Bundan əlavə, o, avtomobilin hansı idarəyə məxsus olduğunu gizlədib, odunu hara aparadığını da deməyib. Üstəlik, sürücüdən sənəd istədikdə üzərində heç bir sənəd olmayıb.

Sürücü maşındakı ağacların quru odun olduğunu və yükü məktəbə apadığını desə də, görüntülərdə həmin ağacların yaş olduğu aydın görünür. Bu ağacların qeyri- qanuni satışa çıxarılması ehtimal edilir.

Məsələyə aydınlıq gətirmək üçün Şamaxı Regional Meşə İdarəsinin rəhbəri Elçin Salahovla əlaqə saxlamğa çalışsaq da, bu mümkün olmadı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova "Xəzər Xəbər"ə məsələnin araşdırılacağını və yalnız bundan sonra məlumatın veriləcəyini bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






379 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR