Bakıda ana və oğlu eyni vaxtda tələbə oldu - VİDEO

20.08.2018 20:57

Ana və oğlu eyni vaxtda tələbə adını qazandı.

Söhbət paytaxda yerləşən 328 nömrəli tam orta məktəbdə ibtidai sinif müəlliməsi işləyən Kifayət Cabbarova və həmin məktəbdən bu il məzun olan oğlu Hüseyn Cabbarlıdan gedir. Onlar universitetə heç bir hazırlıq kursuna və repetitor yanına getmədən qəbul olublar.

Kifayət Cabbarovanın sözlərinə görə, imtahanda 302 bal toplayaraq Azərbaycan Kooperasiya Universitetinin İngilis dili fakültəsində təhsil almaq hüququ qazanıb. O, bu universitetdə qiyabi formada oxuyacaq. İngilis dilinə marağının olduğunu deyən Kifayət Cabbarova qəbul imtahanında sadəcə özünü sınamaq məqsədilə iştirak edib.

Həmsöhbətimin sözlərinə görə, universitetdə oxuya-oxuya məktəbdə də ibtidai sinif müəlliməsi kimi işini davam etdirəcək.

Oğlu Hüseyn Cabbarlı da heç bir hazılığıa getmədən 3-cü qrup üzrə 381 bal toplayaraq, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olub. O, əyani formada təhsil alacaq.

Qeyd edək ki, Cabbarovlar ailəsi Cəbrayıl rayonundan məcburi köçkündürlər.

© xezerxeber.az


583 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR