Hansı tələbələr təhsil haqqından azaddır? - VİDEO

20.08.2018 20:59

Ali məktəblərə qəbul imtahanları yekunlaşdı. İxtisas seçimi də başa çatmaq üzrədir. Bundan sonrakı mərhələdə abituriyentlər topladıqları ballara uyğun olaraq müvafiq ixtisaslar üzrə təhsil alacaqlar. Yüksək bal toplayanlar dövlət sifarişi əsasında, nisbətən zəif nəticə göstərənlər isə ödənişli əsaslarla. Amma mövcud qanunvericiliyə uyğun olaraq ele qrup abituriyentlər var ki,onların təhsil haqları dövlət büdcəsi vəsaiti hesabına ödənilir.

Qanunvericiliyə uyğun olaraq dövlət ali təhsil müəssisələrində təhsil alan məcburi köçkün və şəhid ailəsi statusunu almış ailənin üzvlərindən olan tələbələr təhsil haqqından azaddırlar. Burada yaş məhdudiyyəti tətbiq edilmir.Amma bu qayda yalnız dövlət ali təhsil müəssiələrində keçərlidir

Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyir ki,valideyn himayəsindən məhrum olmuş tələbələrin də təhsil haqları dövlət büdcəsi vəsaiti hesabına ödənilir. Burada ali məktəbin dövlət və ya özəl olmasının heç bir fərqi yoxdur

Cəsarət Valehovun sözlərinə görə təhsil haqqından azad edilən tələbələrin əhatə dairəsi bununla yekunlaşmır.

Bu məsələ ilə bağlı sualları olan vətəndaşlar təhsil nazirliyinə müraciət edərək ətraflı məlumat ala bilərlər.

© xezerxeber.az

FOTOQALERIYA






455 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR