Yaşlı qadınla gənc qız avtobusda əlbəyaxa oldu: Bakıda növbəti avtobus davası - VİDEO

19.08.2018 20:58

İçtimai nəqliyyatda yaşlı qadınla gənc qız biri-birilərini ağır söyüşlərlə təhqir edirlər.

Özü də bütün olanlar avtobusda olan digər sərnişinlərin gözü qarşısında baş verir.Elə videonuda sərnişinlərdən biri mobil telefonu ilə çəkərək bizimyol.info saytına göndərib.Hadisə isə Bakı Avtovağzalından Metronun İçərişəhər stansiyası istiqamətinə hərəkət edən 37 nömrəli maşurt avtobusunda baş verib.

Şahidlərin sölərinə görə,hadisə əsas səbəb kimi avtobusa minən yaşlı qadının gənc qızı itələməsi olub.Elə hər şeydə bundan sonra yaranıb.

Əvvəlcə bir-birilərini söyüşlə təhqir edən bu sərnişinlər sonradan davaya başlayıblar.Sərnişinlər isə Onları aralaşdırmaq məcburiyyətində qalıblar.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən Xəzər Xəbərə verilən məlumata görə, içtimai nəqliyyat vasitəsində müəyyən olunmuş davranış qaydaları vardır ki,sərnişinlər bu qaydalara riayyət etməlidirlər.Amma fiziki olaraq buna nəzarət etmək çətin olduğundan burada əsas məsuliyyət məhz sərnişinlərin üzərinə düşür.Bununla belə,agentlikdə marifləndirmə tədbirlərini də davam etdirəcək.

© xezerxeber.az

FOTOQALERIYA






1020 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR