Ev və obyektlərdən oğurluq edən şəxs yaxalandı - VİDEO

18.08.2018 20:54

Abşeron rayonunda mənzillərdən və obyektlərdən silsilə oğurluqlar edərək vətəndaşlara küllü miqdarda ziyan vuran iki ayrı şəxs ələ keçirilib. Onlar istintaqa cəlb olunub. Xaçmazda isə köşkdən pul oğurlayan şəxs saxlanılıb.

Abşeronda 10 mənzili və bir neçə obyekti qarət edən şəxs ələ keçib.

Rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı, Abşeronun kənd və qəsəbələrində mənzillərdən küllü miqdarda pul, qızıl, eləcədə obyektlərdən oğurluq edən 27 yaşlı Nuri Behbudov tutularaq istintaqa cəlb olunub.

Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi digər əməliyyatla Masazır qəsəbəsində 5 mənzili soyan 45 yaşlı Lətif Əhmədov da turulub. O, ilkin ifadəsində mənzillərdən müxtəlif məişət avadanlıqları oğurlayaraq satdığını etiraf edib. Əldə etdiyi vəsaiti isə narkotikə xərclədiyini deyib.

Xaçmazda isə avtovağzal ərazisində köşkdən 2500 manat və 1700 rubl pulu oğurlayan saxlanılıb. Oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Şirin Həsənli dindirilmə zamanı əməlini etiraf edib.

Oğurladığı pullardan 1400 manat və 1700 rubl maddi sübut kimi ondan götürülərək zərərçəkmişə qaytarılıb. Bütün Faktlarla bağlı araşdırma aparılır.

© xezerxeber.az


425 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR