Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Bakıda ŞOK OLAY: Sərxoş vəziyyətdə avtobusların qarşısını kəsir, sərnişinləri ölümlə hədələyir - VİDEO

17.08.2018 20:59

Bakıda necə deyərlər manyak peyda olub. O, sərnişin avtobuslarının qarşısını kəsir, sürücü və sərnişinləri bıçaqla vuracağı ilə hədələyir. Hadisə paytaxtın Nərimanov rayonu, Xətai prospektində olub. 199 və 11 saylı maşurt avtobusunun dayanacağında baş verən hadisə təhlükəsizlik kamerasına düşüb. Artıq həmin şəxslə bağlı aidiyyəti orqanlara müraciət olunub.

Avtobusun qarşısına keçərək həm sürücüləri,həm də sərnişinləri bıçaqla vuracağı ilə hədələyir.Bununla yanaşı O,avtobusların hərəkət etməsinə də imkan vermir.

Hadisə Bakıda Nərimanov rayonu Xətai prospektində yaşıl bazarın yaxınlığında 199 və 11 saylı maşrurt avtobuslarının dayanacağında baş verib.Avtobus sürücülərinin iddiasına görə,həmin şəxs içkili vəziyyətdə avtobusun qarşısını kəsərək onları və sərnişinləri bıçaqla vuracağını deyir.

Sürücülər deyir ki,əsasən səhər saatlarında gələn bu şəxs yaxınlıqda ödəmə terminalının quraşdırılmasını istədiyini deyir. Lakin çəkiliş zamanı həmin dayancağda ödəmə terminalının olduğunun şahidi olduq.

Sürücülər həmçinin onu da bildirdilər ki, həmin şəxsin bu hərəkətləri səbəbindən bir neçə dəfə sərnişinlər qorxularından avtobusu tərk etməyə, ərazidən uzaqlaşmağa məcbur olub. Artıq daşıyıcı şirkət tərəfindən həmin şəxslə bağlı aidiyyatı orqanlara müraciət edilib.


© xezerxeber.az

FOTOQALERIYA






472 dəfə oxunub

XƏBƏRLƏR

22.09.2018 17:21

Bu gecə saat 05:54-də...

ÇOX OXUNANLAR