Bakıda toyuq qrilini Xatirə İslama 40 manata satdılar - VİDEO

22.07.2018 20:12

Bakıda restoranlardan biri toyuq qrilinin bir ədədini 20 manata satıb.

Xezerxeber.az-ın məlumatına görə, belə bir hadisə ilə müğənni Xatirə İslam qarşılaşıb və o, bu barədə özünün sosial hesabında video paylaşıb. Bu isə istifadəçilər arasında geniş müzakirələrə səbəb olub.

Xatirə İslamın sözlərinə görə, paytaxtın Azadlıq prospektində yerləşən "Bəyaz restoran"dan 2 ədəd toyuq qrili sifariş verib. Həmin məhsulu isə ona 40 manata satıblar. Bu isə onun narazılığına səbəb olub. Onun iddiasina görə, 3.50 qəpiklik toyuğu ona çox baha qiymətə satıblar.

Məsələni araşdırmaq üçün üz tutduq adı çəkilən restorana. Restoran sahibi Rəşad Abbasov etiraf edib ki, həqiqətən də belə bir hal baş verib. O əlavə edib ki, toyuq qrilinin birinin 20 manata satılmasının səbəbi var.

Rəşad Abbasov həmçinin onu da bildirib ki, Xatirə İslam sifariş veridiyi zaman məhsulun qiyməti ilə bağlı heç bir etiraz etməyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






4963 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR