Bazarda təzə fındığa tələbat artıb - Qiymət də ucuzdur - VİDEO

21.07.2018 19:45

Bir müddətdir ki, bazarlara çıxarılan təzə yığılmış yaş fındığa tələbat çoxalıb.

Xezerxeber.az-ın məlumatına görə, məhsul ölçüsündən və keyfiyyətindən asılı olaraq müxtəlif qiymətlərə təklif olunur.

Satıcıların sözlərinə görə, məhsul ötən illərlə müqayisədə nisbətən ucuz qiymətə təklif edilir. Səbəbi isə məhsulun bu il bol olmasıdır.

Alıcılar da yaş fındığın qiymətində nisbətən ucuzlaşma olduğunu təsdiq edirlər.

Satıcılar deyirlər ki, qarşıdakı həftələrdə qiymət bir az da enəcək. Çünki bazara daha çox məhsul çıxarılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






748 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR