İranda terrorçuların hücumu nəticəsində 10 hərbçi həlak olub

21.07.2018 15:29

Cümə günü axşam saatlarında İranın Kürdistan əyalətinin Marivan bölgəsinin Dari kəndindəki hərbi post terrorçuların hücumuna məruz qalıb.
APA-nın Tehran bürosunun məlumatına görə, İran Silahlı Qüvvələrinin Quru Qoşunlarının Həmzə Seyiddüş-Şühəda Qərargahının yaydığı açıqlamada bildirilir ki, inqilaba zidd və terrorçu qüvvələr postun silah-sursat anbarında partlayış törədiblər. Nəticədə İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) 10 hərbçisi həlak olub, 8-i yaralanıb.
Cavab atəşi ilə bir neçə terrorçu öldürülüb, bəziləri isə yaralanıb. Sağ qalan terrorçular qaçaraq başqa ölkənin ərazisinə keçib.

© xezerxeber.az


263 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR