Bakıda qaz xəttinin yaxınlığındakı zibilxana yandırılır - SAKİNLƏR TƏHLÜKƏDƏ - VİDEO

19.07.2018 20:27

Surxanı rayonu, Hövsan qəsəbəsində qaz xəttinin yaxınlığındakı zibilxananın yandırılması sakinlərin narahatlığına səbəb olub. Çünki ətrafda sıx yaşayış olduğundan onlar partlayışın olma ehtimalının böyük olduğunu bildirlər.

Xezerxeber.az-ın məlumatına görə, əraziyə baxış keçirən zaman zibilxananın ətrafına tökülən tullantıların yandırıldığı açıq-aydın bəlli olur. Üstəlik, yandırılan ərazi qaz borusuna o qədər yaxındır ki, borunun üst hissəsi də qaralıb.

Söhbət Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi 206-218 ünvanından gedir.

Sakinlərin sözlərinə görə, yaşayış binaları və həyət evlərininin sakinlərinin tullantılarını atdığı zibilxanın ətrafı tez-tez yandırılır. Sakinlər isə bunun ərazidə təhlükəyə səbəb olacağını bildirirlər.

Məsələ ilə bağlı Suraxanı rayonu 103 saylı Mənzil Kommunal İstismar sahəsinin rəisi Kamal Mustafayevin "Xəzər Xəbər" verdiyi açıqlamaya görə, əraziyə yaşayış binası ilə yanaşı, ətrafda olan həyət evlərindən də çoxlu sayda böyük ölçülü tullantılar atılır və elə yəqin ki, zibil atanlar tərəfindən də yandırılır. Artıq əraziyə baxış keçirilib və sabah həm zibil qablarının yeri qaz borusundan uzaqlaşdırılacaq, həm də yaxınlıqındakı bütün zibillər təmizlənərək abadlıq işləri görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






327 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR