Levandovski: "Bu komandada bacarıq yoxdur"

25.06.2018 17:33

DÇ-2018-in H qrupunda hər iki oyunda məğlub olaraq 1/8 finala yüksəlmək şanslarını itirən Polşanın hücumçusuRobert Levandovski açıqlama verib.

29 yaşlı kapitan güclü qrupa düşdüklərini deyib: "5 futbolçunu aldadıb, qol vuran yoxdur. Qol vurmaq şansım belə olmadı. Əgər qol epizodundan yararlanmasaydım, buna əsəbləşərdim. Ancaq heç belə vəziyyət də əlimə düşmədi. Assistlərlə bəslənən hücumçuyam. Ancaq bu komandada bacarıq yoxdur. Ən çətin qrupa düşmüşdük. İnanıram ki, heç olmasa, son oyunda qalib gələ bilərik".

Polşa qrupda son oyununu Yaponiyaya qarşı keçirəcək.

© xezerxeber.az


436 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR