Qayda pozan sürücülərin psixoloji problemi var? - VİDEO

24.06.2018 20:59

Bir çox ölkələrdə yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər yol polisi tərəfindən aşkar edildikdə məcburi psixoloji müayinə mərkəzinə göndərilir. Həmin ölkələrdə yol polisi hesab edir ki, belə sürücülər psixoloji cəhətdən normal deyil. Psixoloq təklif edir ki, ölkəmizdə də bu qaydanı tətbiq etmək olar. Çünki tez-tez kobud qayda pozan sürücülərin psixoloji yardıma ehtiyacı var. Yol hərəkəti üzrə ekspertlər isə bildirilər ki, bunu azərbaycan da tətbiq etmək olar. Amma bəzi istisinalar var.

Dəfələrlə yol hərəkəti qaydasını pozan sürücülərə psixoloji yardım edilməlidir.

Bəzi avropa ölkələrində belə işıqforun qırmızı işığında keçən, sürət həddini dəfələrlə aşan sürücülər yol polisi tərəfindən aşkar edildikdə onlar məcburi psixoloji müayinəyə göndərilir. Yol polisi hesab edir ki, belə sürücülər psixoloji cəhətdən normal deyil. Azərbaycanda belə sürücülərə qarşı sərt tədbirlər görülsə də onlar psixoloji mərkəzlərə aparılmır. Psixoloq Elnur Rüstmov deyir ki, həqiqətən də əgər hanısa sürücüsə dəfələrlə yol hərəkəti qaydasını kobud şəkildə pozursa bu ciddi narahatlıq doğuran bir məsələdir.

Psixoloqun sözlərinə görə, sükan arxasında telefonla danışmaq, sərxoş vəziyyətdə avtomobil idarə edərək təhlükəli vəziyyətlər yaratmağın özü insanlarda psixoloji vəziyyətin nə qədər ağır olmasından xəbər verir. Əgər belə sürücülərlə müətmadi məşğul olunarsa, yəni onlar məcburi psixoloji mərkəzlərlə aparılarsa yol-nəqliyyat hadisələrinin sayı da minumuma enər.

Yol hərəkəti üzrə ekspert Azər Allahverənov isə deyir ki, Avropadakı təcrübəni Azərbaycanda da tətbiq etmək olar. Amma bu yalnız ağır inzibati xəta törədən sürücülərə şamil edilməldir. Yəni, sərxoş vəziyyətdə avtomobil idarə etmək, işıqforun qırmızı işığına məhəl qoymamaq, sürət həddini aşmaq və s..

İstənilən halda bu təcrübə Avropada qəzaların sayının azalmasına səbəb olubsa, ölkəmiz üçün də uğurlu ola bilər.

© xezerxeber.az

FOTOQALERIYA






890 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR