Hacı Nuranın ağ çiyərində şiş tapıldı - Təcili Almaniyaya gedir - VİDEO

22.06.2018 20:56

''Həyat'' fondunun rəhbəri, tanınmış aparıcıHacı Nuran Hüseynov yenidən xəstəxanaya düşüb. Məşhur aparıcı bir neçə gün əvvəl özünü yaxşıhiss etmədiyi üçün xəstəxanaya müraciət edib. Həkimlər onun ağciyərində onkoloji şiş aşkar ediblər. Aparıcı deyir ki, əgər özünü 1-ci günə qədər yaxşı hiss etməsə yenidən Almaniyaya gedəcək.

Tanınmış aparıcı yenindən xəstəxanaya düşüb.

Söhbət ''Həyat'' fondunun rəhbəri Nuran Hüseynovdan gedir. O, bir neçə gün əvvəl paytaxdakı özəl klinikalardan birində qan analizi verib. Həkimlər onun ağciyər nahiyəsində 5 sm böyüklüyündə onkoloji şiş aşkar ediblər.Tanınmış aparıcı dərhal elə həmin xəstəxanada müalicə edilməyə başlanıb.

Qeyd edək ki, Hacı Nuran bir müddət əvvəl ağ ciyərində bənzər xəstəlikdən Almaniyada müalicə alıb. Uzun sürən müalicədən sonra onun səhətində irəlləyiş var idi.Aparıcı deyir ki, əgər özünü 1-ci günə qədər yaxşı hiss etməsə yenidən Almaniyaya gedəcək.

Aparıcı hazırda klinikada həkim nəzarəti altındadır. Həkim professor Kamil Göl deyir ki, Hacı Nuran xəstəxanaya halsızlıq və baş ağrıları ilə daxil olub.

Artıq üç gündür ki, tanınmış incəsənət və ictimaət nümayəndələri Hacı Nuranın səhhəti ilə maraqlanmaq üçün xəstəxanaya gəlir.

Qeyd edək ki, Hacı Nuran imkanı olmayan xəstə insanları ''Həyat'' verilişində çəkərək imkanlı şəxslərdən onlara kömək istəyir.

© xezerxeber.az


641 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR