Sumqayıtda universitet binasında uçqun - VİDEO

21.06.2018 19:23

Sumqayıt Dövlət Universitetinin əsas binasının girişi uçub. Hadisə bu gün saat15:30 radələrində baş verib.

Universitetdən"XəzərXəbər”ə bildirib ki, əslində kənarında çat əmələ gəldiyi üçün giriş bağlanılmışdı və tələbələrin oradan keçməməsi üçün nəzarət edilirdi. Hətta həmin girişin təmiri üçün müraciət də olunmuşdu.

Öncə əmələ gələn çatları nəzərə alaraq təhlükəsizlik tədbirləri görüldüyündən hadisə nəticəsində xəsarət alan olmayıb. Tələbələr binaya daxil olmaq üçün digər girişlərdən istifadə edir.

Aidiyyəti qurumlara müraciət edilib.

© xezerxeber.az


367 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR