İmişlidə pambıq tarlasında zəhərlənmə: Son durum nə yerdədir? - VİDEO

20.06.2018 20:45

Ötən gün İmişlidə pambıq sahəsində zəhərlənərək xəstəxanaya yerləşdirilənlərdən bir neçəsi evə buraxıldıqdan sonra yenidən xəstəxanaya müraciət edib.

Xezerxeber.az-ın məlumatına görə, İmişli rayon Mərkəzi Xəstəxnasından bildirilib ki, zəhərlənmə ilə bağlı ümumilikdə 111 nəfər xəstəxanaya müraciət edib. Bunların əksəriyyəti panik vəziyyətdə olublar. Onlardan 36 nəfəri stasionar müalicəyə cəlb edilib. Digərlərinə ambulator müayinə göstərilib. Dünən axşam saatlarına kimi əksər xəstələr evə buraxılıb. Bildirilib ki, hazırda xəstələrdən 13 nəfəri nəzarətdədir. Onlardan ikisi evə buraxıldıqdan sonra yenidən xəstəxanaya müraciət edən şəslərdir.

Hazırda həkim nəzarəti altında olan xəstələr terapiya şöbəsində müalicəsini davam etdirir. Xəstələr və yaxınları vəziyyətlərinin normal olduğunu bildirir.

Qeyd edək ki, kütləvi zəhərlənmə halı ötən gün saat 11:00 radələrində İmişli rayonunda "MKT" şirkətinə məxsus pambıq sahəsində olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






570 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR